Paşha Bank
Bank Of Baku

Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir

Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
# 05 oktyabr 2026 21:32 (UTC +04:00)

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü N.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ailə münaqişəsi zəminində N.Məmmədovla atası, 1961-ci il təvəllüdlü Aydın Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib.

Hadisə zamanı Aydın Məmmədovun sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR