Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində avtomobil velosipedçini vuraraq xəsarət yetirib.
APA-nın Şimal bürosu xəbər verir ki, "Hyundai" markalı minik avtomobili 28 yaşlı Erik Mikayılovu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.