Bank Of Baku

Xaçmazda narkotiklə bağlı iki nəfər həbs edilib

Xaçmazda narkotiklə bağlı iki nəfər həbs edilib
# 10 yanvar 2025 10:33 (UTC +04:00)

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, rayon sakinləri Vüsal Hüseynov və Sabir Siracov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR