Xaçmazda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Xaçmazda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 02 iyul 2024 11:02 (UTC +04:00)

Xaçmazda qadını qətlə yetirərək izi itirməkdə təqsirləndirilən Fərman Dəmirovun cinayət işi üzrə istintaq başa çatıb.

APA-nın xəbərinə görə, cinayət işi baxılmaq üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icratına verilib. İş üzrə məhkəmənin ilkin baxış iclası iyulun 31-nə təyin edilib.
İttihama görə, Xaçmaz şəhər sakini Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. İlkin araşdırmalarla onun qətlə yetirildiyi müəyyən olunub. İş üzrə şübhəli şəxs qismində başqa şəxs saxlanılsa da, hadisəni törədən şəxs 6 ay sonra saxlanılıb. Məlum olub ki, qətl hadisəsini mərhumun evinin yaxınlığında tikintidə fəhlə işləyən Dəmirov Fərman Seyfulla oğlu törədib. O istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR