Bank Of Baku

Xaçmazda sürücü sükan arxasında ölüb, avtomobil gölə düşüb - YENİLƏNİB

Xaçmazda sürücü sükan arxasında ölüb, avtomobil gölə düşüb - YENİLƏNİB
# 11 iyul 2026 16:24 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Ağyazıbuduq kəndi ərazisində su hovuzuna içərisində 1 nəfərin olduğu avtomobilin düşməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunub.

Dalğıclar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Kərimov Rafiq Paşa oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

12.57

Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, kənd sakini, 1957-ci il təvəllüdlü Rafiq Kərimovun idarə etdiyi "Opel Astra Zafira" markalı avtomobildə sükan arxasında qəfil ürək tutmasından vəfat etdiyi bildirilir. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi bağdakı süni su gölünə düşüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR