Xankəndidə ötən gün 17 avtomat, 11 qumbara və digər silahlar aşkarlanıb

Xankəndidə ötən gün 17 avtomat, 11 qumbara və digər silahlar aşkarlanıb
# 10 yanvar 2024 09:56 (UTC +04:00)

Xankəndi şəhərində xeyli sayda silah-sursat aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR