Ermənilərin atəşi nəticəsində Ağdam sakini yaralanıb

Ermənilərin atəşi nəticəsində Ağdam sakini yaralanıb
# 22 yanvar 2016 20:16 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Ağdam rayon Güllücə kənd sakini 1958-ci il təvəllüdlü Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.

Hazırda M. Fərəcovun səhhətində heç bir problem yoxdur. O xəstəxanadan evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR