Qəbələdəki Nohur gölündə batan Göyçay sakininin meyiti tapılıb - YENİLƏNİB

Qəbələdəki Nohur gölündə batan Göyçay sakininin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 09 iyul 2016 19:13 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Göyçay rayon sakini Qəbələ rayonunda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Göyçayın Ləkçiplaq kənd sakini 1995-ci il təvəllüdlü Babayev Sənan Ələsgər oğlu dostları ilə Qəbələ rayonuna istirahətə gedərək Nohur gölündə çimib. O, üzməyi bacarmadığı üçün suda ehtiyatsızlıq edib və boğularaq ölüb. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyiblər və onun meyitini tapa bilməyiblər.

Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Xilasetmə Qrupunun əməkdaşları cəlb edilib. Dalğıc-xilasedicilər Sənan Babayevin meyitini axşam saat 20:30 radələrində gölün 18 metr dərinliyindən taparaq aidiyyatı üzrə təhvil veriblər.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***** 18.44

Bakı - APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində Nohur gölündə 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR