Sabirabad rayonunda ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Əliləmbəyli kəndində baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.