Bank Of Baku

Yasamalda evdə partlayış nəticəsində yaralananların vəziyyəti açıqlanıb

Yasamalda evdə partlayış nəticəsində yaralananların vəziyyəti açıqlanıb
# 06 iyul 2026 11:28 (UTC +04:00)

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan 3 nəfərin (2 qadın, 1 kişi) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicəsi davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə baş verən ərazidən keçərkən xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1 nəfər (qadın) isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, iki gün əvvək ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR