Bank Of Baku

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlanıb - YENİLƏNİB

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlanıb - YENİLƏNİB
# 24 noyabr 2025 16:44 (UTC +04:00)

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə səbəbilə 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın Reanimasiya şöbəsinə təxliyə edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.

"Hazırda pasiyentin vəziyyəti kritik ağır olaraq qalır və süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır", - məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

***

10:19

Noyabrın 21-i Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən 4-ü könüllü olaraq özəl tibb müəssisəsinə yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onlardan 1-i isə Yeni Klinikaya hospitalizasiya olunub.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR