Bank Of Baku

Yevlaxda 24 yaşlı gənc bıçaqlanıb

Yevlaxda 24 yaşlı gənc bıçaqlanıb
# 07 aprel 2024 04:55 (UTC +04:00)

Aprelin 7-də saat 03:00 radələrində Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Bayramlı Şəhriyar Zahid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə hadisə tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR