Yevlaxda minik avtomobili traktorla toqquşub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Tanrıqulu-Aran avtomobil yolunda baş verib.
Avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində avtomobildə olan 1987-ci il təvəllüdlü Əmixan Azər oğlu Əhmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.