Yevlax rayonunda piyadanı avtomobil vurub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda baş verib.
Yolu keçmək istəyən 1968-ci il təvəllüdlü piyada, Yevlax şəhər sakini Zamanov Nazim Hümbət oğlu avtomobil vurması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.