Bank Of Baku

Zabil Qəhrəmanovun məhkəməsi başlayıb

Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
# 08 iyul 2026 13:28 (UTC +04:00)

Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə məhkəmə başlayıb.

APA-nın qərb bürosunun xəbərinə görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə vəkil Səadət Seyidli vəsatət verərək təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxarılıb müdafiəçisinin yanında əyləşməsi üçün şərait yaradılmasını xahiş edib. Hakim vəsatəti rədd edib. Bildirib ki, təhlükəsizliyin təmin edilməsi üçün Zabil Qəhrəmanov şüşə qəfəs arxasında oturmalıdır.

Daha sonra vəkil cinayət işinə xitam verilməsi, bu olmadığı təqdirdə Z.Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, hadisənin Göygöl ərazisində baş verdiyini nəzərə alaraq, işə aidiyyəti üzrə baxılması barədə vəsatətlər verib.

Vəsatətlərə növbəti prosesdə baxılacağı bildirilib.

Proses iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, Zabil Qəhrəmanov ötən ilin oktyabrında saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib.

Ona cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılıb.

Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR