Bank Of Baku

Zaqatalada 2 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Zaqatalada 2 avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 04 dekabr 2024 10:54 (UTC +04:00)

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda qəza baş verib.

APA-nın xəbərinə görə, hadisə yolun 122-ci kilometrliyində, Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Zaqatala sakinləri - 2000-ci il təvəllüdlü Emil Qurbanovun idarə etdiyi “VAZ-2115” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili toqquşub.

Elvin Məmmədov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR