Bank Of Baku

Zaqatalada ağır qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb

Zaqatalada ağır qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb
# 06 iyul 2026 08:07 (UTC +04:00)

Zaqatalada iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza gecə saat 02 radələrində Zaqatala şəhərinin girişində qeydə alınıb.

Belə ki, Zaqatala şəhər sakini, 41 yaşlı Orxan Ədalət oğlu Orucovun idarə etdiyi "Tofaş" markalı minik avtomobili ilə rayonun Faldarlı kənd sakini Əhməd Teymur oğlu Camalovun idarə etdiyi "BMW" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində sürücülər Orxan Orucov və Əhməd Camalov, həmçinin Kəpənəkçi kənd sakinləri – 41 yaşlı Cavid Emin oğlu İsayev və 38 yaşlı Saniyə Hüseyn qızı İsayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Yaralılardan "Tofaş" markalı avtomobilin sürücüsü Orxan Orucov aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR