Bank Of Baku

Zaqatalada canavar mal-qaraya hücum edib - FOTO

Zaqatalada canavar mal-qaraya hücum edib - FOTO
# 04 yanvar 2024 10:59 (UTC +04:00)

Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində, kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib.

Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan 5 başı parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR