Zərdabda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini Azəri Ülvi Zahirəli oğlu müalicə aldığı xəstəxanada həyatını itirib.
Qeyd edək ki, hadisə sentyabrın 23-də rayon ərazisində baş verib. Allahqulubağı kənd sakini, 1991-ci il təvəllüdlü Azəri Ülvi Zahirəli oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Nəticədə sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.