Güclü külək və dolu Balakən, Zaqatala rayonlarında fəsadlar törədib - FOTO - VİDEO

Güclü külək və dolu Balakən, Zaqatala rayonlarında fəsadlar törədib - FOTO  - VİDEO
# 23 iyun 2024 00:13 (UTC +04:00)

Balakən və Zaqatala rayonlarında güclü külək və dolu bir sıra fəsadlar törədib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 21 radələrindən başlayaraq şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonları ərazisində hava şəraiti yenidən kəskin dəyişib.

Rayonların ərazisində güclü külək, qısa müddətli leysan yağıb və dolu düşüb. Balakən rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə 7-8 dəqiqə ərzində dolu düşüb. Dolu düşən ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Güclü külək nəticəsində Balakən şəhəri və bəzi ərazilərdə ağacların aşdığı və budaqların qırıldığı bildirilir. Hava şəraiti ilə bağlı rayonun 80 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək, leysan və dolu daha çox Zaqatala rayonunda özünü büruzə verib. Rayonun Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində iri gövdəli ağaclar aşıb, ağacların budaqları qırılıb. Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb. Rayonun bir çox kəndlərinin ərazisinə 10 dəqiqə ərzində dolu yağıb. Dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Bura yağan dolunun iriliyinin qoz boyda olduğu bildirilir. Əhəlinin meyvə ağaclarına, tərəvəz-bostanına ciddi ziyan dəyib.

Hava şəraiti ilə bağlı Zaqatala rayonunun 80 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Balakən və Zaqatala rayonlarının müvafiq idarə və təşkilat nümayəndələri fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR