Naxçıvana qar yağıb - FOTO

Naxçıvana qar yağıb - FOTO
# 21 noyabr 2023 09:07 (UTC +04:00)

Noyabrın 20-i gecə saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində soyuq hava şəraiti hökm sürüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, gecə saatlarından başlayan yağış yüksək dağlıq və dağətəyi ərazilərdə sulu qara çevrilib.

Qar daha çox Şahbuz rayonunun dağlıq kəndlərinə yağıb. Qarın hündürlüyü bu kəndlərdə 2-6 sm çatıb. Eyni zamanda, Culfa və Babək rayonunun da bəzi dağlıq kəndləri də ağ örpəyə bürünüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR