Bank Of Baku

Sabah yağış yağacaq, duman olacaq

Sabah yağış yağacaq, duman olacaq
# 21 yanvar 2025 12:47 (UTC +04:00)

Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

Nisbi rütubət 70-80 % olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR