“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO

“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
# 17 may 2024 18:40 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan MN-dən bildirilib.
Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.
Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.
Qeyd edilib ki, təlimdə hərbi pilotlarımız tərəfindən Su-25 ML hücum təyyarələri ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar olunması, onlara aviasiya zərbələrinin endirilməsi və irəliləyən qruplara yaxın hava dəstəyinin verilməsi üzrə tapşırıqlar qarşılıqlı əlaqədə müvəffəqiyyətlə yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR