ANAMA: Antiterror əməliyyatlarına qədər 148 min hektar ərazi ağır çirkləndirilmiş hesab edilirdi

ANAMA: Antiterror əməliyyatlarına qədər 148 min hektar ərazi ağır çirkləndirilmiş hesab edilirdi
# 04 dekabr 2023 09:58 (UTC +04:00)

"Qarabağda 1.5 milyon mina basdırılıb".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idarəsinin müavini Fərid İsayev "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağda hərbi təyinatlı olmayan ərazilərdə də çoxlu minalar basdırılıb: "Qarabağda qəbiristanlıqlar, su quyuları da mina və partlamamış hərbi sursat ilə çirkləndirilib.

Antiterror əməliyyatlarına qədər Qarabağda 147 988 min hektar ərazi ağır çirkləndirilmiş, 675 570 min hektar ərazi isə orta və az çirklənmiş hesab edilirdi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR