Azərbaycan və İran HDQ komandanları Xəzərdə birgə təlimlərin vacibliyini müzakirə edib - YENİLƏNİB

Azərbaycan və İran HDQ komandanları Xəzərdə birgə təlimlərin vacibliyini müzakirə edib - YENİLƏNİB
# 05 dekabr 2023 16:35 (UTC +04:00)

Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Məlumata görə, görüşdən əvvəl təntənəli qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin HDQ qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Sonra protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

HDQ-nin qərargah binasında keçirilən görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı İran nümayəndə heyətinə Azərbaycan HDQ haqqında brifinq təqdim edilib.

Sonda qarşılıqlı hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.

***

16.14

Bakıda səfərdə olan İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovla görüşüb.

APA xəbər verir ki, bu barədə İran səfirliyi məlumat yayıb.

Tərəflər iki ölkə arasında müdafiə, təhsil və birgə təlimlər sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR