Azərbaycan Ordusunda tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO

Azərbaycan Ordusunda tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
# 02 may 2024 10:12 (UTC +04:00)

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə çalışmalar yerinə yetirilib.
Həmçinin zirehli texnikanın üzərinə quraşdırılmış silahdan aşkar olunan hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar da icra olunub.
Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə tankçılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR