Bank Of Baku

Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri paraşüt hazırlığı tapşırıqlarını icra ediblər - VİDEO

Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri paraşüt hazırlığı tapşırıqlarını icra ediblər - VİDEO
# 12 may 2026 15:12 (UTC +04:00)

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.
Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.
Qeyd edilib ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR