Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplanışda çıxış edən idarə rəisi polkovnik Elçin Əliyev il ərzində görülən işlərdən geniş söhbət açıb, hərbi qulluqçularla bağlı bir sıra qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan və hazırda parlamentin müzakirəsində olan yeni Qanun layihələri barədə toplantı iştirakçılarına geniş məlumat verib.
Bildirilib ki, ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun daha da güclənməsi məqsədilə hazırlanan yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə xidmət edir. Hərbi qulluqçuların peşəkar inkişafı üçün məqsədyönlü işlər aparılır, onların ölkəmizdə və xarici ölkələrdə ixtisaslarına uyğun təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları olduğundan yeni qanun layihələrində onların xidməti fəaliyyəti, hərbi xidmət mənafeyi nəzərə alınmaqla, peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təhsil imkanlarının daha da genişləndirilməsi təklif edilir.
Eyni zamanda, təhsil dövrlərinin onların öz arzusu ilə ehtiyata buraxılma müddətinə daxil edilməməsi təklif olunub ki, bununla da dövlət tərəfindən təhsilinə zaman və resurs sərf edilmiş həmin hərbi qulluqçuların əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradılması da nəzərdə tutulub.
Qanun layihələrində həmçinin gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapır. Yeni islahatın tərkib hissəsi kimi, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub.
Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib.
Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihədə nəzərdə tutulub.
Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub.
İdarə rəisi bildirib ki, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır.
Təlim-metodiki toplanışda hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr, hüquqşünaslar və təhqiqatçıların cari il ərzində hüquq xidmətinə dair gördükləri işlərlə bağlı hesabatlar dinlənilib, növbəti il üçün qarşıda duran vəzifələrdən danışılıb.
Toplanış iştirakçılarının hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycanda hərbçilərin aylıq vəzifə maaşları 20 faiz artırılacaq - VİDEO
Hərbi
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk
Şöbə müdiri: "ADEX" və “Securex Caspian” sərgilərində 270-dən çox şirkət iştirakını təsdiqləyib
Xəbər Lenti
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə müntəzəm siyasi dialoqun vacibliyini vurğulayıb
İspaniya gələn il də İsrailə görə “Eurovision”da iştirak etmək istəmir
Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib
Britaniya yeni informasiya təhlükəsizliyi mərkəzi yaradacaq
KİV: Hakerlər FTB-nin sistemini sındıraraq onlarla əməkdaşın məlumatlarını oğurlayıb
Payız fəsli Azərbaycana daxil olub
Avstraliya F-35 hissələrinin səhvən Honq-Konqa göndərildiyini təsdiqləyib
Almaniyada ABŞ-a aid bir F-16 qırıcısı qəzaya uğrayıb
İranın Qəşm adası yaxınlığında partlayış səsi eşidilib
Azərbaycanın İrandakı səfirliyi hazırda İranda olan Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb
KİV: Uitkoff və Kuşner Ukraynanın deeskalasiya təkliflərini müzakirə edəcək
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Zelenski: “Raytheon” Ukrayna üçün “Patriot” raketlərinin istehsalına hazırdır
Tramp Ukrayna üçün Rusiya ilə münaqişəni qışdan əvvəl başa çatdırmağın vacib olduğuna inanır
Zelenski: Rusiya enerji obyektlərimizə zərbə endirməsə, biz də onların enerji obyektlərinə hücumları dayandırmağa hazırıq
Ceyhun Bayramov Əraqçi ilə regional prosesləri müzakirə edib
Azərbaycan və Banqladeş arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilir
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb
Tramp: ABŞ və İran arasında BMT Baş Assambleyası çərçivəsində üç saatlıq görüş keçirilib
Bakının bəzi küçələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
Zelenski və Tramp arasında Nyu-Yorkda görüş olub
Cəlilabadda avtomobil at arabası ilə toqquşub, xəsarət alanlar var
Azərbaycan və Çex Respublikası XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Kallas Əraqçi ABŞ-İran müharibəsinə son qoyulması və Hörmüz boğazının tam şəkildə açılmasını müzakirəe dib
Ceyhun Bayramov İƏT Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib
Prezident İlham Əliyevin sosial media hesablarında işğal dövründə məhv edilən meşələrlə bağlı videoçarx paylaşılıb
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Ceyhun Bayramov isveçrəli həmkarı ilə iki ölkə arasındakı mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edib
Rubio: ABŞ Ukrayna məsələsində tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq
Ceyhun Bayramov cibutili həmkarı ilə Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib
Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülhün davamlı olmasını arzuladıqlarını bildirib
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
İran aviaşirkətlərindən Azərbaycana bilet alanlara satış məntəqələrinə müraciət etmək tövsiyə olunur
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Geoloq: Dağ-mədən sənayesinin inkişaf dinamikası son illərdə müsbət istiqamətdə davam edir - RƏY
Tramp: Ukraynadakı münaqişə çoxlarının düşündüyündən daha tez başa çatacaq
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
Tramp BMT-də Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb
ABŞ Prezidenti: Kubadakı kommunist rejim süqut edəcək
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının rəsmi açılışında iştirak edib
Almaniyadakı ABŞ aviabazası yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb
BMT-də çıxış etməyə hazırlaşan Tramp Putini müharibəni dayandırmağa çağırıb
Rəsmi Bakı Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - BƏYANAT