Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

© APA | Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov

# 02 iyul 2024 15:18 (UTC +04:00)

İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR