Azərbaycanlı kursant İtaliyanın "Şərəf qılıncı" ilə təltif edilib.
APA xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Fakultəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasimdə bildirilib.
Azərbaycan və İtaliya müdafiə nazirləri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu çərçivəsində, 2025-2026-cı tədris ilində Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Dəniz fakültəsini fərqlənmə diplomu ilə bitirən kursant Əlikram Abbaslı təltif edilib.
Kursanta İtaliya Hərbi Dəniz Qüvvələri komandanı, admiral Quzeppe Berutti Berqotto tərəfindən imzalanmış "Şərəf qılıncı" xatirə hədiyyəsi və sertifikat təqdim olunub.