Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lerikdə dəfn olunub - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lerikdə dəfn olunub - FOTO  - YENİLƏNİB
# 08 may 2024 16:28 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Müşfiq İlyas oğlu Cəfərovun qalıqları dəfn edilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhidin qalıqları Monidigah kəndindəki kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

16.12

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Müşfiq İlyas oğlu Cəfərovun qalıqları ailəsinə təhvil verilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhidlə Lerik rayonunun Monidigah kəndində vida mərasimi keçirilir. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonunun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edir.

Şəhid Müşfiq Cəfərovun qalıqları doğulduğu Monidigah kəndindəki kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Müşfiq İlyas oğlu Cəfərovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1974-cü il təvəllüdlü şəhid Müşfiq Cəfərov 1992-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. O, rabitəçi olub. Döyüş yolunu Füzulidən başlayan Müşfiq Kəlbəcər və Laçın rayonlarında davam etdirib. Laçın rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. Son dəfə 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində olub və o gündən sonra ondan heç bir xəbər olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR