Bank Of Baku

Deputat: Yeni qanun daxili qoşunların səlahiyyət dairəsini aydın şəkildə tənzimləyəcək

Səbinə Salmanova, Milli Məclisin deputatı

© APA | Səbinə Salmanova, Milli Məclisin deputatı

# 09 sentyabr 2025 16:00 (UTC +04:00)

“Daxili qoşunlar haqqında” yeni qanun həm daxili qoşunların statusunu, hüquq və vəzifələrini, həm də onların səlahiyyət dairəsini aydın şəkildə tənzimləyəcək.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Səbinə Salmanova deyib ki, daxili qoşunlar ictimai asayişin təmin olunmasında, dövlətçiliyin və vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Bu səbəbdən onların fəaliyyətinin hüquqi əsaslarının dəqiq müəyyənləşdirilməsi zəruridir: “Bu qanun layihəsi hüquq-mühafizə sistemimizin daha da təkmilləşməsinə, dövlət təhlükəsizliyinin möhkəmlənməsinə və ictimai asayişin etibarlı şəkildə qorunmasına xidmət edəcək”.

Qeyd edək ki, “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR