Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib  - VİDEO
# 29 aprel 2025 10:58 (UTC +04:00)

2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilib.

Ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyata alınıb və təmin olunub

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.

Maarifləndirmə tədbirləri və sıra hazırlığı məşğələləri aparılıb

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilib.

Atış çalışmaları ilə döyüş hazırlığı gücləndirilib

Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığnın artırılması, atəş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR