Erməni təxribatı nəticəsində yaralanmış əsgər: Tezliklə sağalıb, döyüş məntəqəsində xidmətimi davam etdirmək istəyirəm - FOTO - VİDEO

Pərviz Xəlilzadə

© APA | Pərviz Xəlilzadə

# 13 fevral 2024 10:59 (UTC +04:00)

“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postların müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”.

Bunu APA-ya açıqlamasında ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib.

Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib: "Əməliyyat yaxşı keçdi. Yavaş-yavaş səhhətim düzəlir. Həkimlər əlindən gələni edirlər. Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR