Bank Of Baku

FHN DSX-nın Lənkərandakı hərbi hissəsində təlim keçirib

FHN DSX-nın Lənkərandakı hərbi hissəsində təlim keçirib
# 26 sentyabr 2026 10:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda nəzəri-praktiki təlim keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimdə FHN-in yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə hərbi hissənin şəxsi heyətinə geniş məlumat verilib.

Təlimin praktiki hissəsində şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə edilməklə xilas edilərək təxirəsalınmaz ilkin yardım göstərilib, eyni zamanda “qəza” zamanı ətrafa yayılan yanğın qısa müddətdə söndürülüb.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR