Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lənkəranda dəfn edilib - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lənkəranda dəfn edilib - FOTO  - YENİLƏNİB
# 08 may 2024 14:41 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lənkəranda dəfn edilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları Lənkəranın Kərgəlan kənd qəbiristanlığında, hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb.

Yaylım atəşi açılıb.

***

13.59

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, şəhidlə Lənkəran rayonunun Kərgəlan kəndində vida mərasimi keçirilir. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edir.

Şəhid Habil İsmayılovun qalıqları Kərgəlan kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habil Oruc oğlu İsmayılovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib. 1975-ci il təvəllüdlü Habil İsmayılov 18 yaşında, 1993-cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Füzuli və Xocavənd rayonlarının Horadiz, Şişqaya istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə 1993-cü ilin dekabr ayında ailəsi ilə görüşüb. 1994-cü ilin yanvar ayının 27-dən itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR