Bank Of Baku

MN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunur

MN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunur
# 16 oktyabr 2026 17:53 (UTC +04:00)

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində növbəti mərhələnin fəaliyyətləri plana uyğun həyata keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlcə uçuş heyətinə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları barədə məlumat verilib. Həmçinin hava şəraiti və uçuşların keçiriləcəyi ərazinin xüsusiyyətləri çatdırılıb.

Təlim planına əsasən, şərti qəzaya uğramış pilotun aşkar edilməsi və xilas olunması üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.

Helikopterlə əraziyə çatdırılan axtarış-xilasetmə mütəxəssisləri pilotun yerini müəyyən edərək xilasetmə tədbirlərini həyata keçiriblər.

Qeyd edilib ki, bu cür təlimlər hərbi qulluqçuların peşəkar hazırlığının yüksəldilməsi ilə yanaşı mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR