Bank Of Baku

MN-in Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

MN-in Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib
# 21 fevral 2026 10:24 (UTC +04:00)

2025-2026-cı ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə idarənin zabit heyəti, Baş Klinik Hospitalın şöbə rəisləri, qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik və birləşmələrin tibb xidməti rəisləri iştirak ediblər.

Təlim-metodiki toplanışda mövsümi xəstəliklərin yayılması, profilaktik tədbirlərin görülməsi, innovativ üsullarla müayinə və müalicə metodlarının aparılmasına dair məruzələr dinlənilib, eləcə də digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR