Bank Of Baku

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk

Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk
# 22 sentyabr 2026 11:29 (UTC +04:00)

"Yerli istehsalın artırılması bizim üçün önəmlidir".

APA xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağababayev “ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu il keçirilən sərgilərdə müxtəlif yeniliklər, o cümlədən kəşfiyyat, artilleriya və digər silah sistemləri nümayiş etdiriləcək: “Bəzi yeniliklər var, bunları yerində görmək daha məqsədəuyğundur. Yeni texnologiyaların inkişafına üstünlük veririk. Müharibələr artıq başqa formalarda keçirilir. Bunun həlli ilə bağlı müdafiə sənayesində müəyyən addımlar görülür. Zamanla uyğunlaşmaq lazımdır”.

Samir Ağababayev bildirib ki, "ADEX-2026"da Azərbaycanın mövcud istehsal imkanlarını nümayiş etdirmək üçün Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu ilk dəfə milli ekspozisiyaya ayrılacaq: "Milli pavilyonun yaradılmasında əsas məqsəd Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü, mövcud istehsal imkanlarını və texnoloji potensialını vahid ekspozisiya çərçivəsində daha sistemli şəkildə beynəlxalq auditoriyaya təqdim etməkdir. Bu format yerli qurum və şirkətlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına, onlar arasında əlaqələrin gücləndirilməsinə və xarici tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının formalaşdırılmasına xidmət edəcək. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən dövlət qurumları və şirkətlər ən son məhsul və həllərini eyni pavilyon çərçivəsində nümayiş etdirəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR