Stoltenberq: Azərbaycan Ordusunun Türkiyə SQ ilə sıx əməkdaşlığı NATO ilə münasibətlərə əhəmiyyətli töhfə verəcək

Stoltenberq: Azərbaycan Ordusunun Türkiyə SQ ilə sıx əməkdaşlığı NATO ilə münasibətlərə əhəmiyyətli töhfə verəcək
# 18 mart 2024 13:48 (UTC +04:00)

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığı və NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə fəaliyyətlərini yüksək qiymətləndirib.

APA xəbər verir ki, bu barədə NATO-nun Baş katibi martın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü zamanı bildirib.

Stoltenberq Ordumuzun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığının Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR