Bank Of Baku

Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır - FOTO

Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır - FOTO
# 02 oktyabr 2026 12:15 (UTC +04:00)

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə üç ölkə arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, əldə olunan nəticələr, regionda cərəyan edən hərbi-siyasi proseslər və hərbi təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

Zakir Həsənov üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Nazir qeyd edib ki, dünyada siyasi gərginliyin artdığı və müxtəlif çətinliklərin yarandığı bir şəraitdə dövlətlər arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm platformasıdır. Biz əməkdaşlığın inkişaf dinamikasından razıyıq və birgə səylərimizlə onu daha da genişləndirmək və dərinləşdirmək niyyətindəyik”, - deyə müdafiə naziri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR