ANAMA ötən ay 1048 hərbi sursat, 34 mina aşkar edərək zərərsizləşdirib

anama oten ay 1048 herbi sursat 34 mina askar ederek zerersizlesdirib

2017-cı ilin fevral ayı ərzində 1 368 831 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya  verilən məlumata görə, 1048 ədəd PHS, 31 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Əməliyyatlarda 489 nəfərlik əməliyyat heyəti, 131 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 396 984 456 m2 ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 756 894-dür.

 

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

         

Ay ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ