“Sərhəd qoşunları haqqında” qanuna dəyişikliklər təsdiqlənib

serhed qosunlari haqqinda qanuna deyisiklikler tesdiqlenib

Azərbaycan prezidenti İlham Əliyev “Sərhəd qoşunları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, “Sərhəd qoşunları haqqında” qanunda aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilib:

 

“narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün tədbirlər görür”.

 

Habelə aşağıdakı məzmunda 1-1-ci və 1-2-ci bəndlər əlavə edilib:

 

“şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirilməsini təmin etmək;

 

əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar xidməti vəzifələri icra edərkən vaqonların, avtomobillərin, konteynerlərin, gəmi anbarlarının, xaricə gedən və xaricdən gələn dəniz və hava gəmilərinin başqa yerlərinin gömrük orqanları ilə birlikdə (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və yaxud dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə - müstəqil surətdə) açdırılmasını təmin etmək”.

 

21-ci maddənin birinci hissəsi isə aşağıdakı redaksiyada verilib: “Sərhəd nəzarəti hərbi hissəsinin və ya sərhəd dəstəsinin sərhəd nəzarəti bölməsi Dövlət sərhədinin bir və ya bir neçə buraxılış məntəqəsində dövlət sərhədinin keçilməsi qaydalarına və dövlət sərhədinin buraxılış məntəqəsindəki (məntəqələrindəki) rejimə əməl edilməsinə nəzarəti həyata keçirir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ