Bank Of Baku

Nazir müavini: Azərbaycanda insan kapitalının formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov

© APA | Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov

# 17 iyul 2026 10:34 (UTC +04:00)

Ölkəmizdə rəqabətədavamlı insan kapitalının formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib.

APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramı olan - “IT SkillSprint”in bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, bu yanaşma "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nda da öz əksini tapıb:

"Fəaliyyət Planında ali, peşə və ümumi təhsil pillələrində informasiya-kommunikasiya texnologiyaları, süni intellekt və informasiya təhlükəsizliyi sahələri üzrə təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, eləcə də beynəlxalq sertifikasiya proqramlarının tədris prosesinə inteqrasiyası əsas tədbirlər sırasında müəyyən olunub".

O qeyd edib ki, bu istiqamətdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən müxtəlif təhsil təşəbbüsləri həyata keçirilir:

"Formalaşdırılan yanaşmanın əsasını təhsil, praktiki təcrübə və məşğulluq arasında davamlı əlaqənin təmin edilməsi təşkil edir. Tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, real layihələrdə iştirak etməsi və əmək bazarına hazır mütəxəssis kimi formalaşması əsas hədəflərdəndir. Eyni zamanda, sənayenin ehtiyaclarına uyğun kadr hazırlığını təşviq edən "Hire and Train" modeli tətbiq olunur. Bu model çərçivəsində beynəlxalq texnologiya şirkətlərinin iştirakı ilə yerli mütəxəssislərin hazırlanması və onların konkret layihələrə cəlb edilməsi təmin edilir. Beləliklə, təhsil ilə əmək bazarı arasında əlaqənin daha da gücləndirilməsi hədəflənir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR