Bank Of Baku

Agentlik sədri: 1700-dən çox dövlət orqanı Rəqəmsal Sənəd Dövriyyəsi sisteminə qoşulub

Agentlik sədri: 1700-dən çox dövlət orqanı Rəqəmsal Sənəd Dövriyyəsi sisteminə qoşulub
# 11 oktyabr 2024 12:13 (UTC +04:00)

Azərbaycan Rəqəmsal Sənəd Dövriyyəsi sistemi ilə sənədsiz idarəetməyə doğru irəliləyir.

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

O bildirib ki, 1700-dən çox dövlət orqanı bu sistemə inteqrasiya olunub ki, bu da kağızdan istifadəni kəskin şəkildə azaldır və sənəd mübadiləsinin səmərəliliyini artırır: “Qeyri-hökumət təşkilatlarının da bu təşəbbüsə qoşulması üçün çalışırıq. Bunun sayəsində hər ay 500 min vərəqdən çox kağıza qənaət edilir və hər il təxminən 2 min ağac qorunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR