“Amazon”da satışların 60%-i üçüncü tərəflər tərəfindən həyata keçirilir.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı “Amazon”un vitse-prezidenti və baş texnologiya direktoru Verner Vogels (Werner Vogels) deyib.
O bildirib ki, kiçik və iri müəssilər burada aktiv satış həyata keçirir. “Gənc bizneslər özbaşına o qədər müştəri toplaya bilməz. Amazon isə onlara milyonlarla müştəriyə çıxış imkanı verir. Üçüncü tərəflərlə bağlı ən böyük problemin məhsulun vaxtında çatdırılmasıdır. Müştərilər isə problemlə bağlı birbaşa “Amazon”a müraciət edir” - Verner Vogels əlavə edib.