Bank Of Baku

Azərbaycan–İsrail startap tərəfdaşlığı müzakirə olunub - FOTO

Azərbaycan–İsrail startap tərəfdaşlığı müzakirə olunub - FOTO
# 24 iyun 2026 11:00 (UTC +04:00)

İnnovasiya sahəsində fəaliyyət göstərən Azərbaycan nümayəndə heyəti İsrailə səfəri çərçivəsində ölkənin qabaqcıl innovasiya ekosistemlərindən biri olan “DeserTech” mərkəzini ziyarət edib.

APA-nın İsrailə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyətini “DeserTech”in baş icraçı direktoru (CEO) Sivan Koen Şaxari qarşılayıb.

O, mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr və İsrailin innovasiya ekosistemində oynadığı rol barədə ətraflı məlumat verib.

Bildirilib ki, “DeserTech” quraq və səhra iqlimi şəraitində innovativ həllərin hazırlanmasına yönəlmiş texnologiyaların inkişafını təşviq edən aparıcı platformalardan biridir. Mərkəz su texnologiyaları, iqlim texnologiyaları, dayanıqlı kənd təsərrüfatı, bərpa olunan enerji və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən startapları, şirkətləri, investorları və elmi-tədqiqat institutlarını bir araya gətirir.

Görüş zamanı nümayəndə heyətinə İsrailin innovasiya modelinin formalaşması, startap ekosisteminin inkişaf mexanizmləri, dövlət-özəl sektor əməkdaşlığı və texnologiyaların kommersiyalaşdırılması istiqamətində əldə olunan nəticələr təqdim edilib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri ilə “DeserTech” rəhbərliyi arasında innovasiya, texnologiya transferi, startapların beynəlxalq bazarlara çıxışı, aqrotexnologiyalar, süni intellekt və iqlim texnologiyaları sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sivan Koen Şaxari çıxışında Azərbaycanın regionda innovasiya və rəqəmsal transformasiya istiqamətində artan rolunu qeyd edərək, iki ölkə arasında texnologiya və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu bildirib. O, xüsusilə səhra və yarımsəhra ərazilərində dayanıqlı inkişaf, su ehtiyatlarının səmərəli idarə olunması və aqrar innovasiyalar sahələrində birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Müzakirələr zamanı Azərbaycan və İsrail arasında innovasiya yönümlü əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, startaplar arasında əlaqələrin qurulması, investisiya imkanlarının araşdırılması və təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin iqtisadi inkişafına, yeni texnoloji həllərin tətbiqinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verəcəyini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR