Bank Of Baku

Azərbaycan “Sənaye 4.0” təhsil mərkəzi ilə bağlı xarici şirkətlərlə müqavilələr imzalayıb

Azərbaycan “Sənaye 4.0” təhsil mərkəzi ilə bağlı xarici şirkətlərlə müqavilələr imzalayıb
# 23 sentyabr 2025 13:00 (UTC +04:00)

Azərbaycanda “Sənaye 4.0” təhsil mərkəzi yaratmağı planlaşdırırıq.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, mərkəz sənaye üçün “bir pəncərə” modeli rolunu oynayacaq.

F.Cəfərov universitetlərlə də memorandum imzaladıqlarını vurğulayıb:

“Universitet tələbələri bu proqrama qoşula, sahəyə gedib problemləri müəyyənləşdirə və yeni ideyalar irəli sürə bilərlər. Bu da sənaye və elm ekosistemini dəstəkləyəcək. Eyni zamanda, startaplar istehsalat şirkətlərinin problemlərinə əsaslanaraq yeni ideyalar təqdim edə biləcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR