Bank Of Baku

Azərbaycan və BƏƏ süni intellekt üzrə mərkəzin yaradılması imkanlarını müzakirə edib

Azərbaycan və BƏƏ süni intellekt üzrə mərkəzin yaradılması imkanlarını müzakirə edib
# 05 avqust 2025 16:35 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirib.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

Görüşdə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə və təqaüd proqramlarının təşkili məsələləri müzakirə edilib.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR