Bank Of Baku

Azərbaycanda informasiya və rabitə işçilərinin orta aylıq əmək haqqı 11%-dən çox artıb

Azərbaycanda informasiya və rabitə işçilərinin orta aylıq əmək haqqı 11%-dən çox artıb
# 25 avqust 2025 17:53 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1 905,9 manat təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% çoxdur.

İlin ilk rübündə nəşriyyat fəaliyyəti sahəsində orta aylıq əmək haqqı 862,6 manat (illik 13,8%+), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində 1 178,3 manat (illik 10,2%+), proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət sahəsində 1 206,1 manat (illik 10%+), rabitə sahəsində 2 262,8 manat (illik 10,6%+), proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət sahəsində 2 124,3 manat (illik 7,8%+), informasiya xidmətləri fəaliyyəti sahəsində 1 891,7 manat (illik 8,7%+) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR